“30 il davam edən işğala Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gündə son qoyulub”.
APA-nın xəbərinə görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VIII Zirvə görüşündə deyib.
Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycanın Zəfəri türk dünyası üçün böyük əhəmiyyət daşıyır: “Azərbaycanın uğuru türk dünyasının birliyini möhkəmləndirib. Xarıbülbül türk dünyası üçün uğurun simvolu olub. Qarabağın azad edilməsi iqtisadi əməkdaşlıq və sabitliyin önünü açıb”.