• SİYASƏT

    15:55 31 mart 2022

Ərdoğan erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılmasına çağırış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın üçtərəfli bəyanata tam əməl etdiyini bildirib.

APA-nın Türkiyə müxbirinin ”Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə dövlət başçısı yerli jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri Azərbaycanın üçtərəfli bəyanatı pozmadığını vurğulayıb.

O, Azərbaycan Ordusunun erməni silahlı dəstə üzvlərinin növbəti təxribatına cavab verdiklərini diqqətə çatdırıb.

“Əsas odur ki, üçtərəfli bəyanatın bəndlərinə uyğun olaraq, erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin”, - Ərdoğan qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR