• SİYASƏT

    15:19 9 dekabr 2020

Ərdoğan: "İşğaldan azad edilən torpaqların bərpası məsələsində qardaşlarımızın yanında olacağıq"

“Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək heç bir fədakarlıqdan çəkinmədi. Canları bahasına Qarabağı işğaldan qurtaran şəhidlərə Allahdan rəhmət diləyirəm. Azərbaycanlı qardaşlarımızı şəxsim, millətim adına təbrik edirəm.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın bu zəfərinə ortaq tarix, mədəniyyət və dil birliyi çərçivəsində Türkiyə bütün imkanları ilə dəstək verib.

Can Azərbaycana olan dəstəyimiz bundan sonra da davam edəcək. Sabah da Azərbaycanın haqlı sevincinə şərik olacaq və Qələbə paradında iştirak edəcəyik”, - deyə o vurğulayıb.

Ərdoğan qeyd edib ki, səfər çərçivəsində Azərbaycanla birgə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi də aparılacaq: “Bakıya son olaraq 25 fevral 2020-ci ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı zamanı səfər etmişdim. Aradan keçən müddət ərzində ikitərəfli əlaqələrimizdə görəcəyimiz işlərlə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə müzakirələr aparacağıq. Azərbaycanla çox geniş çəkildə əməkdaşlığımız mövcuddur. Azərbaycanın qazandığı zəfər əlaqələrimizin daha da genişlənməsinə zəmin yaradır. İşğaldan azad edilən torpaqların yenidən bərpası məsələsində qardaşlarımızın yanında olacağıq. O cümlədən pandemiya ilə birgə mübarizə məsələsini də nəzərdən keçirəcəyik. Azərbaycana səfəriminBir millət, iki dövlət” şüarını rəhbər tutaraq xeyirlərə vəsilə olmasını diləyirəm”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR