“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu, 15 iyulda da özünü göstərdi. 15 iyulda Azərbaycan xalqının ürəyi Türkiyə ilə idi”.
ONA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyədə 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhdin 3-cü il dönümünə həsr olunmuş tədbirdə deyib. Səfir 15 iyulda göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib:
“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə ilk dəstək verən dünya liderlərindən biri idi”.
O qeyd edib ki, türk millətinin iradəsinə heç bir qüvvə qarşı çıxa bilməz: “Biz birlikdə güclüyük. Əminəm ki, türk xalqı 15 iyulda göstərdiyi birlik və bərabərliyi sona qədər davam etdirəcək”.