Azərbaycanın bir qrup media nümayəndəsi Laçın şəhərindədir.
APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, ermənilər 30 il ərzində işğal altında saxladıqları, qeyri-qanuni məskunlaşdıqları şəhəri tərk edərkən vəhşiliklər törədiblər.
Onlar evləri, tikililəri dağıdıb, damları, qapı-pəncərələri söküb aparıblar.
Laçın şəhərində gəzdikcə erməni vandallığının izlərinə hər addımda rast gəlmək olur.
Qeyd edək ki, ermənilər qeyri-qanuni məskunlaşdıqları Laçın şəhərini Azərbaycanın tələbi ilə bu il avqustun 26-da tərk ediblər.