İllərdir, Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilər ölkəmizə qarşı informasiya müharibəsini də davam etdirirlər.
APA xəbər verir ki, xüsusilə cəbhə xəttində vəziyyətin gərginləşdiyi bir vaxtda Tovuz döyüşlərində böyük məğlubiyyətlə üzləşmiş düşmən sosial şəbəkələrdə aktivlik göstərir. Ermənilər ictimaiyyəti çaşdırmaq, diqqəti yayındırmaq məqsədilə saxta profillərdən yalan məlumatlar yayırlar.
Düşmənin təxribatına uymamaq, kəşfiyyat-təxribat fəaliyyətini ifşa etmək üçün ayıq-sayıq olmaq lazımdır.
APA həmin saxta profillərdən bəzilərini təqdim edir: