• SİYASƏT

    12:06 2 iyun 2022

Mustafa Şentop: “Ermənilərin mədəniyyət, təbiət düşməni olduğunu göstərməyimiz lazımdır”

“Azərbaycanın 28 il işğal altında qalan torpaqlarının azad olunmasının 2-ci ilini qeyd edəcəyik”.

APA xəbər verir ki, bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi (TBMM) və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində TBMM sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, təxminən 30 il davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına konqres çərçivəsində alimlər tərəfindən diqqət çəkiləcək: “Qarabağ yaralarını yeni-yeni sarmağa başlayıb. Tarixçilərə, ədəbiyyatçılara, psixoloqlara, bu işğalın vurduğu ziyanı bizə anladacaq iqtisadçılara ehtiyacımız var. Mən də azad olunan torpaqlara getməzdən öncə Şuşa, xüsusilə Füzuli barədə nələrsə bildiyimizi düşünürdüm. İlk səfərimizdə Şuşanı gördük. Amma mən Füzulini görmək istəyirdim. Şuşadan qayıdanda bir yerdə durduq. Mən də deyirəm ki, biz Füzulini görmək istəyirik. Dedilər ki, bu xarabalıqlar Füzulidir. Biz isə şəhər gözləyirdik. Erməni vəhşiliyini, onların nə qədər qəddar, mədəniyyət, təbiət düşməni olduğunu göstərməyimiz lazımdır. Beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətinin yönəldilməsi baxımından da Qarabağa səfərlər çox vacibdir”.

Mustafa Şentopun sözlərinə görə, tarixi hadisələr gec də olsa, silsilə şəkildə bütün dünyaya təsir edir: “Tariximizdə Türk dünyasının birlik və bərabərliyinin təmin olunması yönündə fəaliyyətlər çox önəmlidir. I və II Dünya müharibələrində qərblilər müsəlmanları bir-birinə qırdırıb. Türkiyənin Azərbaycana qeyd-şərtsiz dəstək verməsinin səbəbləri sadəcə qardaşlığımız, dostluğumuz deyil, Azərbaycanın haqlı olmasıdır. Hər zaman Azərbaycanın haqlı davasında yanında olmağa davam edəcəyik. Qazi Mustafa Kemal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri ilə çıxışımı bitirmək istəyirəm”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR