• SİYASƏT

    12:02 11 oktyabr 2020

Ermənistanın dövlət terroru törətdiyi Gəncə şəhərindən yeni görüntülər - FOTOLAR

Ermənistan ordusunun raket atəşinə məruz qalan Gəncə şəhərində xeyli sayda yaşayış evi və mülki obyekt tam dağılıb.

APA Ermənistanın dövlət terroru törətdiyi Gəncə şəhərindən yeni görüntüləri təqdim edir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, 11.10.2020-ci il tarixdə gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7-dən çox mülki şəxs həlak olub, 33 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib. Ölən və yaralananların arasında xeyli qadın və uşaq var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR