“Fəttah Heydərovun parlamentin bugünkü səviyyəyə gəlib çatmasında özünəməxsus rolu olub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
S. Qafarova bildirib ki, F. Heydərovun fəaliyyətinin bir istiqaməti də Ağsaqqallar Şurasına sədrliklə bağlıdır: “Onun haqqında düşünərkən gözlərimiz önündə yüksək mənəvi keyfiyyətli ilə seçilən Azərbaycan ziyalısı canlanır. Xahiş edirəm onun əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edək”.
Deputatlar Fəttah Heydərovun xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.