Fransa Senatında Azərbaycana qarşı hazırlanan qətnaməyə etiraz olaraq petisiya başladılıb.
APA xəbər verir ki, etiraz petisiyasına qoşulmaq üçün video-təlimat hazırlanıb.
Video-təlimatda petisiyaya qoşulmağın qaydaları əksini tapıb.
Qeyd edək ki, bu il noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə müzakirəyə çıxarılacaq. Qətnamə layihəsinə Azərbaycan əleyhinə müddəalar, o cümlədən neft-qaza embarqonun qoyulması daxil edilib.