• SİYASƏT

    13:05 21 may 2019

FTX-nin rəhbəri: "Azərbaycanla əməkdaşlıq sayəsində terror təşkilatlarının 8 yuvası aşkarlanıb"

“MDB ölkələri xüsusi xidmət orqanları arasında əməkdaşlıq il ərzində 8 terrorçu yuvasının aşkarlanmasına və 100-dən çox terrorçunun saxlanılmasına imkan verib”.

ONA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Düşənbədə keçirilən MDB ölkələri xüsusi xidmət orqanları rəhbərlərinin iclasında bildirib.

"Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan tərəfdaşlarımızla əməkdaşlıq sayəsində İŞİD və digər beynəlxalq terror təşkilatlarının 8 yuvası aşkarlanıb və onlarının fəaliyyətinin qarşısı alınıb"-,deyə FTX rəhbəri qeyd edib.

A. Bortnikov MDB ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin məlumat mübadiləsi olduğunu söyləyib: "Terrorçuların fəaliyyəti ilə bağlı əldə olunan məlumatlar MDB ölkələri Antiterror Mərkəzinin xüsusi məlumat bankına və kollektiv istifadə üçün digər informasiya sistemlərinə göndərilir".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR