• SİYASƏT

    13:04 13 may 2019

Fuad Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Fuad Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Fuad Ələsgərov Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - Prezident Administrasiyasının şöbə müdiridir. Sabah onun 60 yaşı tamam olur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR