• SİYASƏT

    18:56 7 may 2019

Fuad Muradov Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Gürcüstan parlamentinin Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Diasporla İş üzrə Dövlət Komitəsində olublar.

Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, görüşdə Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament Dostluq qrupunun sədri Zviad Dzidziquri, Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Aqrar məsələlər üzrə Komitə sədrinin birinci müavini, dostluq qrupunun üzvü Gela Samxarauli, Diaspor və Qafqaz məsələləri Komitəsinin və dostluq qrupunun üzvü Mahir Dərziyev, Xarici əlaqələr Komitəsinin və dostluq qrupunun üzvü Ramaz Nikolaişvili, Gürcüstan Parlamentinin beynəlxalq münasibətlər idarəsinin parlamentlərarası əlaqələr şöbəsinin müdiri Ann Marcanidze, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, millət vəkili Əflatun Amaşov iştirak ediblər.

Komitə sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmliyi və inkişafından danışıb. Zviad Dzidziquri səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib və Azərbaycanla Gürcüstan arasında sosial-mədəni sahədə əməkdaşlıq barədə geniş fikirlərini bölüşərək, iki olkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Səmimi keçən görüşdə Azərbaycan və Gürcüstan diasporunun qarşılıqlı əməkdaşlığından, parlamentlərarası əlaqələrin möhkəmliyindən və diaspor fəaliyyəti ilə bağlı görülən işlər barədə ətraflı müzakirə aparılıb. Müzakirələrdə müxtəlif layihələrlə bağlı təkliflər səsləndirilib və bunların həyata keçirilməsində işçi qrupunun rolu diqqətə çatdırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR