AXCP sədrinin müavini Gözəl Bayramlı əfv olunub.
ONA-nın xəbərinə görə, onun adı Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında var.
***
16.32
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı əfv olunub.
ONA-nın xəbərinə görə, onun adı Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında var.
Qeyd edək ki, F. Qəhrəmanlı 2015-ci il dekabrın 8-də Nardaran hadisələri ilə bağlı çağırışlar etməkdə təqsirləndirilərək həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri 10 il müddətinə azadlıqdan məhrum edilib.
G. Bayramova isə Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub.