Martın 5-də Bakıda İsveçrə və Azərbaycan arasında siyasi məsləhətləşmələr keçiriləcək.
ONA-nın xəbərinə görə, bunu İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filipp Ştalder bildirib.
Diplomat deyib ki, İsveçrəni məsləhətləşmələrdə dövlət katibinin müavini Kristina Marti təmsil edəcək. Görüş zamanı regional məsələlər və Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr olacaq. Səfir onu da əlavə edib ki, 2019-cu ildə Azərbaycanla əməkdaşlığın 20-ci ildönümünü qeyd edilir: “Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb. Biz gələcəkdə Azərbaycana dəstək göstərməyə hazırıq”.