Türkiyənin Gəncədəki baş konsulluğunda Çanaqqala şəhidləri anılıb.
ONA-nın yerli bürosunun məlumatına görə, bu münasibətlə təşkil olunmuş mərasimdə “İstiqlal” marşı səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən konsul Zəki Öztürk bildirib ki, Çanaqqala şəhidləri əziz xatirəsi heç vaxt unudulmayacaq.
Mərasimdə çıxış edənlər Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açıblar.
Sonda Çanaqqala şəhidlərinə həsr olunmuş film nümayiş etdirilib.
Fuad Nazimoğlu