• SİYASƏT

    11:12 22 may 2019

Gəncədə “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, dayanıqlı inkişafın məqsədlərinə həsr olunan konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Gənclər Birliyini sədr müavini Ramin Məmmədov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbərinin müavini Dinara Abbas və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, konfrans BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək məqsədi daşıyır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR