Məsələnin həssas olduğunu anlayıram, amma bir daha hər kəsdən xahiş edirəm ki, təsdiqlənməmiş məlumatları və emosional bəyanatları yaymasınlar.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, belə bir açıqlama ilə ölkənin baş naziri Mamuka Baxtadze “İmedi” telekanalına müsahibəsində çıxış edib.
Bildirib ki, sərhədlərin demarkasiyası üzrə komissiya yaxın vaxtlarda yenilənəcək və məsələ ilə əlaqəli bütün dövlət agentlikləri bu komissiyada təmsil olunacaq.
“Bu məsələ olduqca mürəkkəbdir və həlli üçün müəyyən vaxt tələb edir. Monastrla bağlı mövcud praktika isə bu müddət ərzində davam edəcək”, - deyə baş nazir bildirib.