• SİYASƏT

    21:49 30 may 2019

Gürcü nazir: "Strateji tərəfdaş olan ölkələrimiz bu məsələni həll edəcək"

Əminəm ki, strateji tərəfdaş olan ölkələrimiz bu məsələni mütləq həll edəcək.

ONA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Razılaşma və Vətəndaş bərabərliyi naziri Ketevan Tsixelaşvili belə deyib.

O bildirib ki, komissiyanın işinin bərpa edilməsi uzun illərdir davam edən məsələnin tezliklə həll edilməsi baxımından yaxşı haldır.

"Tərəflər bu həssas məsələni xüsusi komissiya çərçivəsində nəzərdən keçirməlidirlər. Bu, hər iki tərəf üçün çox həssas və vacib bir məsələdir. Düşünürəm ki, uzun illərdir mövcud olan bu məsələ xüsusi komissiya çərçivəsində həllini tapacaq. Mən bu komissiyanın işini gözləməyimizin lazım olduğunu düşünürəm", - deyə K.Tsixelaşvili bildirib.

Səid

Teqlər:

SON XƏBƏRLƏR