• SİYASƏT

    00:09 3 may 2019

Gürcü Patriarxlığı: Məbəd kompleksi ilə bağlı Azərbaycan tərəfi ilə bir sıra irəliləyişlər əldə edilib

Gürcüstan Patriarxlığı ölkələrimiz və xalqlarımız arasında olan səmimi münasibətləri korlamağa yönəlmiş, müsəlmanların inanclarını təhqir edən istənilən cəhdi qətiyyətlə pisləyir.

ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, Gürcüstan Patriarxlığının internet saytında yerləşdirilən bəyanatda belə deyilir.

Qeyd olunur ki, Azərbaycan tərəfi ilə bu istiqamətdə müzakirələrə başlanılıb və artıq bir sıra müsbət irəliləyişlər də əldə edilib.

“Məbəd ətrafında baş verən son hadisələr insanlar arasında qəzəb hissləri yaydı. Biz, həmçinin bəyan edirik ki, kompleks çox müqəddəsdir və ən qədim gürcü mədəni abidələrindən biridir. Ümid edirik ki, xalqlarımız arasındakı dostluq bundan sonra da davam edəcək”, - deyə bəyanatda bildirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR