• SİYASƏT

    15:33 1 may 2019

Gürcüstanın daxili işlər naziri David Qareci məsələsi ilə spekulyasiya edənləri ehtiyatlı olmağa çağırıb

“Biz əminik ki, strateji tərəfdaşımız və qardaş ölkə olan Azərbaycanla David Qareci (Keşikçidağ) monastırına dair razılığa gələcəyik”.

ONA-nın xəbərinə görə, bunu Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Giorgi Qaxariya şuranın iclasında deyib.

O, bu mövzu ilə əlaqədar spekulyasiya edən şəxsləri etnik münaqişəni alovlandırmamağa çağırıb: “Bu mövzuya dair çox ehtiyatlı olun. Biz əminik ki, demarkasiya çərçivəsində qardaş və strateji tərəfdaş olan Azərbaycanla mədəni irsin və kilsənin maraqlarının nəzərə alınacağı saziş əldə edəcəyik”.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR