• SİYASƏT

    11:15 20 iyun 2019

Gürcüstan parlamentinin sədri Bakıya gəlir

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bu gün Bakıya rəsmi səfərə gəlir.

APA-nın yerli bürosu xəbər verir ki, səfər çərçivəsində parlament sədri Bakıda bır sıra rəsmi görüşlər keçirəcək.

Səfər çərçivəsində İrakli Kobaxidze Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının 53-cü plenar sessiyasında iştirak edəcək.

İ.Kobaxidzeni Gürcüstan parlamentinin üzvləri Mahir Dərziyev, Zviad Dziqziquri, Ruslan Hacıyev, Tavian Mirzoyev, Azər Süleymanov, Gürcüstan Parlamentin Ofis rəhbəri Givi Mikanadze müşayiət edəcək.

Səfər iyunun 22-si başa çatacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR