• SİYASƏT

    18:16 8 may 2019

Gürcüstan Patriarxı: "David Qareci" ilə bağlı məsələnin tezliklə həll olunacağına ümid edirəm"

Bütün Gürcüstanın Patriarxı "David Qareci" məbədi ilə bağlı Gürcüstanın müsəlman liderləri ilə görüşüb.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, gürcü patriarxlığında Bütün Gürcüstanın patriarxı II İlia ilə Gürcüstanın şeyxi Ramin İgidov, eləcə də Gürcüstan müftisi Yasin Əliyev arasında "David Qareci" məbədi ilə bağlı görüş keçirilib. Məlumat patriarxlığın rəsmi veb saytında paylaşılıb.

“Qonaqlar bildiriblər ki, gürcü kilsəsi əsrlər boyunca bizim sülh içində birgə yaşayışımıza töhvə verib” - məlumatda qeyd olunub.

Bütün Gürcüstanın Patriarxı II Ilia məbədlə bağlı məsələnin tezliklə sülh içində həll olunacağına ümid etdiyini deyib.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR