• SİYASƏT

    15:44 27 fevral 2019

Gürcüstan Prezidenti: “Əsas məqsəd daha böyükmiqyaslı layihələri gündəmə gətirməkdir”

“Sizin bütün fikirlərinizlə razıyam. Sizin fikirləriniz mənə çox yaxındır”.

ONA xəbər verir ki, Gürcüstan Prezidenti xanım Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.

O bildirib ki, görüşdə hər bir sahə üzrə fikir mübadiləsi aparılıb: “Biz bir yerdə tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də biz birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir. Çünki biz bütün faciələri birlikdə yaşadıq və yenə də irəliləyişə, inkişafa, mədəniyyət sahəsində tərəqqiyə nail ola bildik. Hər bir məsələdə çox yaxınlıq və dostluq hiss edirəm.

Biz ötən əsrin sonu və bu əsrin əvvəlində birlikdə energetika sahəsində həqiqətən çox irimiqyaslı layihələr həyata keçirdik. Biz bütün dünyaya göstərdik ki, bu region mərkəzi regiondur, bu dəhliz sabit dəhlizdir və bu regiona böyük investisiyalar qoymaq olar. İndi qarşımızda duran əsas məqsəd daha böyükmiqyaslı layihələri gündəmə gətirməkdir”.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR