Gürcüstan prezidenti yaxın günlərdə azərbaycanlıların sıx yaşadıqları regiona səfər edəcək.
ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan parlamentində çıxışı zamanı deyib. Prezident ən yaxın zamanda Kvemo Kartli bölgəsinə səfər edəcəyini açıqlayıb. O, Azərbaycana rəsmi səfərini xüsusi ilə qeyd edib: “Regionda ilk səfərimi qonşu və dost Azərbaycana etdim. Bu ölkədə qəbul səviyyəsi, səmimiyyət, açıqlıq və əməkdaşlığa hazırlıq bu günkü Gürcüstanın nailiyyətləri ilə əlaqədardır”.
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə hesabatla çıxış edir. iclasda Gürcüstanın baş naziri Mamuka Baxtadze, hökumət üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.