“Prezident Salome Zurabişvilinin Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti ilə birlikdə sərhədlərin müəyyənləşdirilməsinin başa çatdırılması haqqında razılıq əldə edilib”.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan prezidentinin sözçüsü Xaita Moisprarişvili deyib. O, “David Qareci” ətrafındakı son vəziyyəti Gürcüstan prezident Salome Zurabişvili ilə əlaqələndirməyin yanlış olduğunu bildirib.
“Prezidentlər görüş zamanı illərdən bəri mövcud olan birgə komissiyanın öz fəaliyyətini davam etdirməsi haqqında razılaşıblar. Bu, iki ölkə arasında səmimi qonşuluq münasibətlərinin tənzimlənməsində əsas mexanizmdir” - deyə X.Moisprarişvili əlavə edib.