• SİYASƏT

    11:11 27 fevral 2019

Gürcüstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

ONA-nın xəvbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Salome Zurabişviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR