• SİYASƏT

    04:03 16 iyul 2019

Gürcüstan XİN Keşikçidağ ətrafındakı insidentlə bağlı bəyanat yayıb

Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan-Gürcüstan sərhədindəki Keşikçidağ məbəd kompleksi ətrafında baş vermiş insidentə münasibət bildirib.

ONA xəbər verir ki, nazirlik baş verənlərin iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinə uyğun olmadığını hesab edir.

“Bu cür insidentlər iki ölkənin mövcud strateji və əməkdaşlıq münasibətlərinə uyğun deyil. Buna görə də hesab edirik ki, öz növbəsində ekspert qrupları və delimitasiya üzrə komissiyanın görüşləri davam etdirilməlidir, Gürcüstan tərəfi də bu işdə tam hazırlığını nümayiş etdirir”, - deyə Gürcüstan XİN-in açıqlamasında qeyd olunur.

Gürcüstan rəsmiləri, həmçinin ictimaiyyəti təxribatçı addımlardan çəkinməyə və iki ölkə arasında danışıqların sakit şəraitdə aparılmasına mane olmamağa çağırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR