• SİYASƏT

    23:52 2 may 2019

Gürcüstan XİN: “Azərbaycan bizim strateji tərəfdaşımızdır”

Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz bu məsələyə yüksək həssaslıq və ehtiyatla yanaşırıq.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, yaxın vaxtlarda sərhəd xəttinin demarkasiyası üzrə komissiya öz fəaliyyətinə davam edəcək:

“Bu müddət ərzində mən azərbaycanlı həmkarımla daimi əlaqədə olmuşam. Biz Azərbaycan tərəfi ilə komissiyanın fəaliyyətinin yaxın gələcəkdə yenilənməsi ilə bağlı razılıq əldə etmişik”.

Məbəd ətrafındakı yolların bağlanması ehtimalı ilə əlaqəli suala cavab verən gürcü nazir bildirib ki, bu istiqamətdə müzakirələr davam etdiriləcək və bu müddət ərzində mövcud təcrübədən istifadə olunacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR