"Azərbaycan tərəfi “David Qareci” məsələsinin həll edilməsində konstruktiv davranır".
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Brüsseldə jurnalistlərə açıqlamasında belə deyib.
Bildirib ki, iki ölkə strateji tərəfdaşdır və bu, məsələnin həllində özünü göstərməlidir.
“Hazırda işçi qrupun həmsədrlərinin ilk görüşü keçirilir. Mənim müavinim digər rəsmilərlə birlikdə azərbaycanlı həmkarları ilə görüşüblər. Ümid edirəm ki, bu görüş strateji tərəfdaşlığımız kimi konstruktiv şəkildə keçiriləcək. Bunu azərbaycanlı həmkarımdan aldığım məlumatlara əsasən deyirəm. Azərbaycan tərəfi konstruktiv dialoqa hazırdır”, -deyə David Zalkaliani bildirib.