Gürcüstan Xarici İşlər Nazirliyi sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı komissiyanın Bakıda keçirilən iclasına dair bəyanat yayıb.
ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bəyanatda bildirilir ki, görüşdə tərəflər sərhədlərin delimitasiyası istiqamətində atılacaq gələcək addımları müzakirə ediblər.
Bildirilib ki, artıq həmin komissiya sərhədlərin delimitasiyasının 2/3-ni həyata keçirib. Tərəflər prosesin strateji tərəfdaşlıq ruhu çərçivəsində davam etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, danışıqlar konstruktiv yanaşma ilə qonşuluq əlaqələri çərçivəsində həll olunmalıdır.