Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin keçmiş qubernatoru, “Vahid Milli Hərəkat” Partiyasının üzvü Davit Kirkitadzenin həbs cəzası qüvvədə saxlanılıb.
ONA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, bu barədə Qurcaani rayon Məhkəməsi qərar çıxarıb.
Vəkil Giorgi Kondaxişvili müdafiə etdiyi şəxsə ağır cəza verilməməsini və həbsdən azad edilməsini xahiş etsə də məhkəmə qərarı dəyişməyib.
Qeyd edək ki, D.Kirkitadze 2008-2013-cü illərdə Kvemo Kartlinin qubernatoru olub. O dekabrın 16-da Velistsixedə keçirilmiş aksiyada polisə hücum, fiziki zorakılıq və əmlaka zərər vurmaqda ittiham olunaraq saxlanılıb. Dekabrın 20-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.