Gürcüstanın Baş naziri Giorgi Qaxaria fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
ONA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.
Giorgi Qaxaria Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.