• SİYASƏT

    00:18 29 may 2019

Gürcüstanın baş naziri: "Azərbaycanın stabilliyi və inkişafı Gürcüstan üçün böyük önəm daşıyır"

Azərbaycanın inkişafı və stabilliyi regional və ikitərəfli əməkdaşlıq əlaqələri baxımından Gürcüstan üçün böyük önəm daşıyır.

ONA-nın Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Prezident İlham Əliyevə Respublika günü münasibəti ilə ünvanladığı təbrik məktubunda belə deyilib. Məktubda ölkələr arasında məhsuldar əməkdaşlıq və yaxşı qonşuluq əlaqələrinin olduğu vurğulanıb:

"Müstəqillik yolunda Azərbaycan xalqı bir çox çətinliklərin öhdəsindən gəlib. Bu gün Azərbaycan çiçəklənən bir ölkədir və beynəlxalq arenada özünün xüsusi yeri var. Əsrlərdir ki, Gürcüstanla Azərbaycan arasında yaxşı qonşuluq və məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün səmimi əlaqələrimizi və strateji tərəfdaşlığımızı gücləndirməyə və xalqlarımızın tərəqqisinə çalışırıq. Azərbaycanın inkişafı və stabilliyi Gürcüstan üçün regional və ikitərəfli əməkdaşlıq baxımından böyük önəm daşıyır. Cənab Prezident, icazə verin ən dərin hörmət və arzularımı qardaş Azərbaycan xalqına çatdırım".

Səid

Teqlər:

SON XƏBƏRLƏR