Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Gürcüstanla Azərbaycan arasında bütün quru gömrük keçid məntəqələri ("Sınıq Körpü", "Laqodexi", "Samtatskaro" və "Mtkvari") bağlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 5 aprel 2020-ci il saat 00:00 tarixindən 20 aprel tarixinədən hər iki ölkə arasında quru və hava yolları ilə hərəkət tam məhdudlaşdırılıb.
Məhdudiyyətin yük daşımalarına şamil edilmədiyi bildirilib.