“Milli Şura Azərbaycan Xalq Hərəkatına qarşı müəyyən təxribatlar edir”.
ONA-nın məlumatına görə, bunu AXH İdarə Heyətinin üzvü Hacı Tahir Abbaslı deyib.
O bildirib ki, Milli Şura bir neçə şəxsi qurumun içinə salmaqla söz-söhbət salmaq istəyir.
İsgəndər Həmidov isə Hacı Tahir Abbaslıya cavab olaraq deyib ki, bu gün Milli Şura müxalifətdə olan bir təşkilatdır: “O ki qaldı təxribatlar törətmək məsələsinə, onu deyə bilərəm ki, bizim ağlımız olmayandan sonra bizi uşaq da dağıdar”.