• SİYASƏT

    15:35 4 dekabr 2019

Hacıqabul rayonuna və Naftalan şəhərinə yeni icra başçısı təyin olunub

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı dəyişdirilib.

ONA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, R. Xəlilov Milli Məclisin Regional məsələlər komitəsinin üzvü olub.

Dövlət başçısı Vüqar Vahid oğlu Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam da imzalayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR