• SİYASƏT

    19:07 28 oktyabr 2021

Hava şəraiti qeyri-sabit keçəcək, yağış, qar yağacaq - PROQNOZ

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

ONA xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR