Almaniyada səfərdə olan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Maykl Zibertlə görüşüb.
ONA-nın məlumatına görə, bu barədə Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, Almaniya tərəfi ilə məhsuldar görüş baş tutub: “Gündəlikdə duran ikitərəfli gündəm, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər bağlı geniş fikir mübadiləsi apardıq”,- deyə H.Hacıyev qeyd edib.