• SİYASƏT

    13:55 18 mart 2019

Hikmət Hacıyev Almaniyada səfərdədir

Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Almaniyada səfərdədir.

ONA xəbər verir ki, bu barədə H.Hacıyev rəsmi "Twitter" səhifəsində qeyd edib.

“Gözəl Berlində olmaqdan məmnunam. Alman həmkarlarımla faydalı görüşlər keçirməyi, akademik institutlarla danışmağı, Cənubi Qafqazda sülh və stabilliklə bağlı konfransda çıxış etməyi səbirsizliklə gözləyirəm”, - deyə Hacıyev yazıb.

Onun sözlərinə görə, Azərbaycan və Almaniya arasında dost və qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR