“Azərbaycan və Çin arasında əməkdaşlıq hərtərəfli şəkildə inkişaf edir”.
ONA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çin tərəfindən ev sahibliyi edilən “Bir kəmər, bir yol” forumuna dəvət edilməsi Çinin Azərbaycana göstərdiyi hörmət və dostluğun nümunəsidir: “İki ölkə arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Ticari əlaqələri gücləndirmək üçün isə hər iki tərəf səy göstərir. Azərbaycan və Çin arasında humanitar və mədəni sahədə əlaqələrin inkişafı üçün də perspektivlər mövcuddur. Azərbaycan “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk ölkələrdəndir. 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında bu layihəyə dair anlaşma memorandumu imzalanıb”.