• SİYASƏT

    11:26 17 sentyabr 2019

Hikmət Hacıyev: "Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə töhfəsini verəcək"

"Beynəlxlaq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"“Əsrin Müqaviləsi"nin imzalanmasından 25 il keçir. Ulu öndər Heydər Əliyevin neft strategiyası əsasında çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükələrin fonunda beynəlxalq aparıcı şirkətlərlə bu müqavilə imzalandı və Azərbaycan uğurlu enerji strategiyasının və enerji diplomatiyasının əsasını qoydu", - deyə o bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan uzun illər neft istehsal edən ölkə olmasına baxmayaraq, bu, bir çox hallarda Azərbaycan xalqının mənafeyinə xidmət etməyib. Lakin “Əsrin Müqaviləsi”nin imzalanması ilə başlayan yeni neft erasında neft istehaslının mənfəətini bilavasitə Azərbaycan xalqı görməyə başlayıb.

"25 illik bir dövrə baxsaq, bir daha şahidi olarıq ki, Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin müstəqilliyinin, çiçəklənməsinin iqtisadi inkişafının təməli olmaqla bərabər, beynəlxalq və regional müstəvidə enerji təhlükəsizliyinə töhfə verən amil olub.

Biz həmişə qeyd edirik ki, Azərbaycanın enerji strategiyasının vacib təməl prinsiplərindən də biri onun şəffaf və uğurlu bir şəkildə idarə olunması mexanizmidir. Dünyada bir çox ölkə var ki, neft və qaz resurslarına malikdir, amma Azərbaycanın neft və qaz resurslarının uğurlu inkişaf modelinə çevrilməsi öz-özlüyündə davamlı inkişafın uğurlu modelidir və bu, beynəlxlaq ictimaiyyət tərəfindən də layiqincə qiymətləndirilir", - deyə şöbə müdiri vurğulayıb.

H. Hacıyev bu gün Azərbaycanın həm də qaz ixrac edən ölkə olduğunu qeyd edib: "TANAP və TAP layihələri özünün icrasının son mərhələsinə qədəm qoymaqdadır və ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə məntiqi sonluğuna çatdırılmasına nail olacağıq və Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək", - deyə bildirib.

Şöbə müdiri əlavə edib ki, beynəlxlaq enerji bazarında Azərbaycan Respublikası etibarlı tərəfdaş kimi tanınır və 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalanan zaman Azərbaycan etibarlı tərəfdaş olduğunu beynəlxlaq tərəf müqabilləri ilə münasibətdə göstərib: "Bu qarşılıqlı faydalı tərəfdaşlıq və əməkdaşlıq davam etməkdədir".

ONA

Teqlər:

SON XƏBƏRLƏR