• SİYASƏT

    13:10 1 aprel 2022

Hikmət Hacıyev Azərbaycanın minasızlaşdırma layihələrinə dəstəklə bağlı çağırış edib

“Ermənistan bizim torpaqlarımıza milyonlarla mina yerləşdirib”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter“də bildirib.

“Azərbaycanda 3000-dən çox mina qurbanı qeydə alınıb. Qlobal Etimad Fondu bizim minasızlaşdırma layihələrimizə dəstək olmalıdır”, - Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev Bakıda 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı beynəlxalq konfransın keçirildiyini də diqqətə çatdırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR