• SİYASƏT

    19:25 9 aprel 2019

Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri ilə görüşüb

Azərbaycan Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri Mikael Moller ilə görüşüb.

ONA-nın xəbərinə görə, görüşdə Azərbaycan və BMT arasında əməkdaşlıq, ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barədə müzakirələr aparılıb.

H.Hacıyev həmsöhbətə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ölkəmizin mövqeyi barədə məlumat verib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR