"Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir".
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.
O bildirib ki, bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz növbəti soyqırımı aktıdır.