• SİYASƏT

    01:25 18 iyun 2019

Hikmət Hacıyev: “Diplomatik xidmət orqanlarının 100 illik yubileyi dönəmində Türkiyədəki görüşlərimiz xüsusi əhəmiyyət daşıyır”

“Səfərimiz çərçivəsində Türkiyənin Xarici İşlər Nazirliyi, Prezident Adminstrasiyası və digər dövlət qurumları ilə görüşlər keçirdik. Bu görüşlərdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi dönəmində də belə bir səfərin xüsusi əhəmiyyət kəsb etdiyini düşünürük”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev ONA-nın Türkiyə bürosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan xarici siyasətinin əsasları, strateji mövqeyi, region dövlətləri ilə münasibətləri, regionun xəritəsini dəyişən enerji və nəqliyyat layihələri barədə məlumatlar vermək ölkəmizin tərəf müqabillərinin artırılması baxımından vacib xarakter daşıyır.

Qeyd edək ki, iyunun 17-də Azərbaycanın Türkiyədəki səfirliyində ölkəmizin diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə konfrans keçirilib. Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsilçiləri, Azərbaycan və Türkiyənin tanınmış alimləri, Ankarada təhsil alan tələbələrimiz iştirak ediblər.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim tədbiri giriş sözü ilə açıb, Azərbaycanın diplomatik orqanlarının 100 il əvvəl yaranması və hazlrkı fəaliyyəti, inkişaf istiqamətləri haqqında məlumat verib.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin məruzəsi dinlənilib. Məruzəçi Azərbaycanın dövlətçilik tarixi, coğrafi mövqeyi, diplomatik orqanlarının yaranması, hazırkı xarici siyasətimizin əsasları, ölkəmizin sosial-iqtisadi inkişaf durumu, dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ məsələlərinə Azərbacanın baxışı haqqında tədbiir iştirakçıkarına hərtərəfli məlumat verib, Bildirilib ki, əgər təcavüzkar Ermənistan işğalçılıq siyasətindən əl çəksə, bu, ilk növbədə, Ermənistan üçün faydalı olar. Çünki işğalçı tərəf hazırda regiondakı bütün iqtisadi layihələrdən təcrid olunub.

Sonda şöbə müdiri H.Hacıyev tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR