“Erməni təbliğat maşını gülünc bir şəkildə hər saniyə Türkiyədən kimisə görməyə çalışır”.
ONA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.
“Azərbaycanın Gəncə şəhərinə raket zərbələri endirdikdən sonra, ermənilər Azərbaycanın mülki müdafiə qüvvələrini “türk qüvvələri” şəklində təsvir edirlər”, - deyə H. Hacıyev vurğulayıb.