• SİYASƏT

    10:05 10 dekabr 2020

Hulusi Akar: "Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olacaq”

“Ermənistanın törətdiyi vəhşiliklər, o cümlədən Xocalı qətliamı hələ də yaddaşlarda yerini qoruyur”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə parlamentində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Ermənistan tərəfindən həyata keçirilən hücumların qarşısını almaq və torpaqlarını işğaldan azad etmək üçün 27 sentyabrda hərəkətə keçib: “44 gün davam edən, ancaq 44 il və ondan sonra da barəsində danışılacaq zəfərlə nəticələnən hərəkatla Azərbaycan torpaqları Ermənistanın işğalından qurtarılıb və 10 noyabrda atəşkəs bəyanatı imzalanıb. Cənab Prezidentimiz Rusiya Prezidenti Putinlə atəşkəsin şərtləri və davamlı olması ilə bağlı danışıqlar apararaq atəşkəs bəyanatına lazımi dəstəyi təmin edib”.

H. Akar Atatürkün vəfat etdiyi 10 noyabr tarixinin əvəzinə Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd olunacağını da xatırladıb: “Bu həssaslıqlarına görə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildirirəm. Beləliklə, Azərbaycan “bir millət, iki dövlət” anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuzu bir daha nümayiş etdirdi. Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR