Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabında yazıb.
Dövlət başçısı qeyd edib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz.