İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına səfəri oktyabrın 25-də başa çatıb.
APA xəbər verir ki, Prezident Həsən Ruhanini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər yola salıblar.